"Neftçi" uğursuz start seriyasına son qoyub

"Neftçi" Misli Premyer Liqasında uğursuz start seriyasına son qoyub.

 

Presssport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ardıcıl 3 mövsümə qələbəsiz başlayan Bakı klubu I turda səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.

 

"Ağ-qaralar" sonuncu dəfə 2022/2023 mövsümünə qələbə ilə başlayıb. Həmin vaxt paytaxt təmsilçisi səfərdə "Şamaxı"nı 1 qolla məğlub edib.

 

"Neftçi"nin ilk turda ən azı 3 qol vurması isə sonuncu dəfə 2013/2014 mövsümündə qeydə alınıb. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində 4:1 hesablı ev qələbəsi əldə olunub.

 

Qeyd edək ki, Bakı klubu startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarıb. 2001/2002 mövsümündə "Ümid"in qonağı olan "Neftçi" 4 cavabsız qolla qalib gəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC