Azərbaycan Premyer Liqasının I turu legioner baş məşqçinin debütü ilə əlamətdar olub

Misli Premyer Liqasının I turu legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

 

Presssport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Filipe Kandido "Sumqayıt"ı "Neftçi" ilə ev matçına çıxarıb.

 

Portuqaliyalı mütəxəssisin komandası 1:3 hesabı ilə məğlub olub. O, ölkə çempionatları tarixində yüksək dəstədə baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən 71-ci əcnəbi mütəxəssis olub.

 

Filipe Kandido Premyer Liqada 2-ci portuqaliyalıdır. Onadək Jorje Kaşkilya ötən mövsüm "İmişli"yə rəhbərlik edib. O, "Sumqayıt"ın 4-cü legioner baş məşqçisidir. Cari mövsümədək Bernard Raab, Aleksey Baqa və Saşa İliç də "gənclik şəhəri" təmsilçisinə rəhbərlik edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC