Ruan Renato "Zirə"də 100-cü matçına çıxıb

"Zirə"nin müdafiəçisi Ruan Renato Misli Premyer Liqasının I turunda Bakı klubunun heyətində 100-cü çempionat matçına çıxıb.

 

Presssport.az xəbər verir ki, 2023-cü ildən paytaxt təmsilçisində çıxış edən braziliyalı futbolçu bu görüşlərdə 13 qola imza atıb.

 

O, Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb.

 

Bu göstəricidə rekord "Neftçi"də 133 oyun keçirən Flavinyoya məxsusdur. Denis Silva isə 2 fərqli klubda 100 matç həddini aşıb:

 

Flavinyo ("Neftçi") – 133

 

Dodo ("Qəbələ") – 131

 

Denis Silva ("Neftçi") – 116

 

Denis Silva ("Şamaxı") – 113

 

Ruan Renato ("Zirə") – 100

 

Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda "Qarabağ"da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin şərəfini qoruyub və legioner statusu daşımayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC