"Yuventus" Con Lukuminin transferini açıqlayıb

"Yuventus" klubu İtaliya A Seriyasının digər təmsilçisi "Bolonya"nın müdafiəçisi Con Lukumini transfer etdiyini açıqlayıb.

 

Presssport.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

 

28 yaşlı kolumbiyalı futbolçu ilə müqavilənin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.

 

Qeyd edək ki, "Deportivo Kali"nin (Kolumbiya) yetirməsi olan C.Lukumi 2018-ci ildən Belçikanın "Genk" klubunda çıxış edib. O, 2022-ci ildən formasını geyindiyi "Bolonya"da keçirdiyi 152 oyunda 2 qol vurub və bu qollardan birinə UEFA Çempionlar Liqasında imza atıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC