"Real" klubu İspaniya millisinin və "Arsenal"ın (İngiltərə) futbolçusu Martin Subimendi ilə maraqlanır.
Presssport.az "TEAMtalk"a istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo 27 yaşlı yarımmüdafiəçinin keçidinə müsbət yanaşır.
Hazırda klublar arasında danışıqlar davam edir.
Xatırladaq ki, Martin Subimendi İspaniya millisi ilə dünya çempionu olub. 2025-ci ildə "Real Sosyedad"dan "Arsenal"a keçən oyunçu London təmsilçisinin heyətində 57 oyuna 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC