Alvares "Barselona"ya keçməkdə israrlıdır

“Atletiko”nun hücumçusu Xulian Alvares “Barselona”ya transfer olmaq istəyindən əl çəkmir.

 

Presssport.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun nümayəndələri “Barselona” rəhbərliyinə onun yaxın vaxtlarda “Atletiko”nun baş direktoru Migel Anxel Xil Marinlə görüşmək niyyətində olduğunu bildiriblər.

 

Bildirilir ki, Alvares həmin görüşdə “Barselona”ya keçmək istəyini bir daha açıq şəkildə ifadə edəcək.

 

26 yaşlı hücumçu daha əvvəl “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə də görüşüb. Ancaq argentinalı mütəxəssis həmyerlisinə bu məsələdə kömək edə bilməyəcəyini deyib.

 

“Atletiko” isə hələ də “Barselona” ilə danışıqlar aparmaqdan imtina edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC