100-cü oyununda 100-cü qolu buraxdı

Misli Premyer Liqasının 2-ci turu Yusif İmanov üçün əlamətdar olub.

Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “İmişli”nin qapıçısı ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib. 

“Zirə” ilə qarşılaşmada (1:3) buraxdığı ikinci top onun qapısına vurulan 100-cü qol olub.

100 oyunda 101 top buraxan İmanov üç komandada çıxış edib. 2021/22 mövsümündə debüt etdiyi “Sabah”da ümumilikdə 80 çempionat görüşündə 75 top buraxan qolkiper “Kəpəz” 18 matçda 23, “İmişli”də 2 qarşılaşmada 3 dəfə qola üzülüb.

İmanov turnirin tarixinə 100 və daha çox oyun keçirən 458-ci futbolçu kimi düşüb. O, buna nail olan 39-cu qapıçıdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC