"Qəbələ" üçün yeni tərəfdaşlıq müqaviləsi

“Qəbələ” İdman Klubu (İK) ilə Qəbələ Konserv Zavodu MMC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Presssport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 2026–2027-ci illər mövsümünü əhatə edən razılaşma çərçivəsində Qəbələ Konserv Zavodu MMC-nin istehsal etdiyi “Jalə” suları “Qəbələ” İK-nın rəsmi su təminatçısı olacaq.

Əməkdaşlıq çərçivəsində “Qəbələ”nin əsas komandasının oyun formalarının qol hissəsində “Jalə” sularının loqosu əks olunacaq. 

Bundan əlavə, Qəbələ şəhər stadionunda şirkətin reklam bannerləri yerləşdiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC