“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Prezident İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, ölkə çempionunun UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan kluba 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək liqa mərhələsinə vəsiqə qazanıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC