“Alınmadı, futboldur bu. Səhvlərimizdən dərs alacağıq. Gözəl transferlərimiz var. Gələcəkdə daha da böyüyəcəyimizə şübhə etmirəm. “Qarabağ” doğru yoldadı, yolumuza davam edəcəyik".
Presssport.az xəbər verir ki, bu sözləri “Qarabağ"ın prezidenti Tahir Gözəl Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.
O, bu dueldən qalib ayrılmağı çox arzuladığını vurğulayıb: "Lakin iki dəqiqə çatmadı. Dözsəydik, tam başqa nəticə olacaqdı. Qismət deyilmiş. Amma biz ürəyimizlə yolumuza davam edəcəyik”.
“Gözləmək olar ki, “Qarabağ”ın qayıdışı daha güclü olacaq?” sualını Gözəl belə cavablandırıb: “Əlbəttə. Yeni transferlərimiz möhtəşəm futbolçulardı. Hesab edirəm ki, uyğunlaşma üçün bir qədər vaxt lazımdı. Önümüzdə çempionat var. Bu gün (dünən) iki yeni transferi açıqladıq. Tarixdə bu qədər güclü “Qarabağ” olmayıb. Amma təəssüf ki, bir qədər vaxtımız çatmadı”.
Klub rəhbəri artıq avrokubokları unutmalı olduqlarını söyləyib: “Həyatda 5 dəqiqə sonra olacaqlar xəyaldı. Qarşımızda hədəf var. Ürəyimdə böyük bir eşq var və bu yola davam edəcəyik”.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC