UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

 

Presssport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.

 

Ölkə çempionu oktyabrın 13-də, Bakıda Çexiyanın "Slaviya", oktyabrın 20-də Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək.

 

Noyabrın 4-də Norveçdə "Vikinq"in qonağı olacaq "bayquşlar" noyabrın 25-də Bakıda "Barselona" ilə qarşılaşacaq.

 

"Sabah" dekabrın 8-də İspaniyada "Vilyarreal"la münasibətlərə aydınlıq gətirəcək.

 

Nəhayət, paytax təmsilçisi 2027-ci il, yanvarın 20-də "Napoli"ni qəbul edəcək, yanvarın 27-də İngiltərədə "Arsenal"la üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC