“Azərbaycan Avropaya yaxın olmasa da, burada oynamış bir neçə dostum var. Onlardan soruşdum və yalnız müsbət fikirlər eşitdim. Öyrənə bildiklərim bunlar idi. Yəni Azərbaycanla bağlı yalnız müsbət təəssüratlarım vardı. Açığı, yaxşı mənada təəccüblənmişəm. Hər şey gözəl görünür, insanlar çox istiqanlıdır, şəhər də çox təmizdir. İlkin təəssürat üçün bunlar çox xoş məqamlardır”.
Presssport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin son transferi Denzel Jubitana deyib.
27 yaşlı futbolçu klubun mətbuat xidmətinə müsahibəsində klubda çox yaxşı qarşılandığını vurğulayıb: “Neftçi” çox mehriban klubdur. Belə isti münasibət gözləmirdim. Əvvəllər heç vaxt belə şey yaşamamışdım. Ona görə də ilk təəssüratlarım yalnız müsbətdir. Hələ kəşf edəcəyim və təcrübədən keçirəcəyim çox şey var. Çox xoş qarşılandım”.
Surinam millisinin üzvü futbolçu keyfiyyətlərindən də söz açıb: “Ən güclü tərəflərimdən biri kreativliyimdir. Meydanda yaradıcı olmağı və sərbəstliyi xoşlayıram. Bir futboçu kimi malik olduğum texniki imkanlar da üstün tərəfimdir. Ümid edirəm, qollar və məhsuldar ötürmələrlə də komandaya fayda verəcəyəm. Ən güclü tərəflərim bunlardır. Universal futbolçuyam, bir neçə mövqedə oynaya bilirəm. Deyək ki, mən sağ vingerəm. “10 nömrə”, “8 nömrə”, hətta “saxta 9 nömrə” də oynaya bilərəm. Hansı mövqedə oynamağım önəmli deyil. Məşqçi məni harada oynatsa, orada da fayda verəcəyəm. Bəli, fiziki olaraq tam hazıram. Dediyim kimi, Belçikada idim və bu fürsət üçün çox çalışdım. Ona görə fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Təbii ki, komanda ilə məşq etmək, futbolçulara və məşq prosesinə uyğunlaşmaq lazımdır. Bu, başqa məsələdir. Amma fiziki cəhətdən çox yaxşıyam”.
Jubitana sonda “Neftçi” fanatlarına səslənib: “Azarkeşlərə yalnız bir söz demək istəyirm. Ümid edirəm, tezliklə görüşəcəyik. Bu klub üçün hər şeyimi verməyə hazıram. Ən qısa zamanda görüşənədək, dostlar”.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC