Millimizin baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının III turun açılış matçını izləmək üçün Qəbələyə yollanmışdı. 45 yaşlı mütəxəssis qolsuz bərabərliklə yekunlaşan “Qəbələ” - “Şamaxı” oyunundan sonra Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
— Matçın nəticəsini necə şərh edərdiniz? Sizcə, ədalətli hesab qeydə alındı, yoxsa sönük oyun keçdi?
— Məncə, ədalətli nəticə oldu. Hər 2 komanda ehtiyatlı davranırdı. Ümumiyyətlə, bu mövsüm çempionat o qədər də templi başlamayıb. Görünür ki, bəzi komandalar hələ tam ideal formalarında deyil. İnanıram və ümid edirəm ki, oyundan-oyuna daha da yaxşılaşacaqlar.
— Arxada qalan ilk 2 turda diqqətinizi xüsusi diqqətinizi çəkən məqamlar nə oldu?
— Avrokuboklar yox, əsas 2-ci zonada zonada qərarlaşan komandaların səviyyəsi bir-birinə çox yaxındı. Xal qazanmaq, qələbə əldə etmək həqiqətən çətinləşib. Əvvəlki mövsümlərdə iddialı klublar autsayderlərdən xal almaqda çətinlik çəkirdilərsə, indi vəziyyət bir az fərqlidi və bu, daha asanlaşıb. Hər halda, görünən budu.
— Maraqlıdı, bəs, keçmiş komandanız "Şamaxı"nın çıxışını necə dəyərləndirirsiniz? Komandada hansı dəyişiklikləri görürsünüz?
— "Şamaxı" son 2 oyunda — həm "Turan Tovuz"la səfər matçında, həm də bu gün çox dinamik və istəkli təsir bağışladı. Komandaya xeyli yeni oyunçu cəlb olunub və onların daha da artırmaq ehtimalı çoxdu.
— Meydanda milliyə namizəd olan, sizə yaxşı tanış olan "köhnə qvardiya"nın çıxışı sizi qane etdimi?
— Əlbəttə. Məqsədimiz elə onları canlı izləməkdi. Çünki yeni futbolçular üçün milli komanda tam fərqli və daha çətin bir sınaqdır. Ora tam hazır olmaq lazımdı, sadəcə Premyer Liqada oynamaq kifayət etmir. Kimin hansı formada olduğunu izləyirik. Hələ qarşıda hələ üç tur var millinin oyunlarınadək və bunu davam etdirəcəyik.
— Meydanda yerli futbolçu sayı az idi, legionerlər üstünlük təşkil edirdi. Maraqlıdı, meydanda baxmağa azərbaycanlı oyunçu var idi?
— (gülür) Az da olsa vardı. Gəlin, belə deyək, legionerlərlə sonuncu pillələrdə gediriksə, bunu yerli futbolçularla da bunu etmək olar. Gətirilən legionerlərin keyfiyyətinə diqqət yetirməliyik. Amma baxırıq ki, bu gün bəzi klubların cəlb etdiyi əcnəbilər yerli oyunçulardan zəifdi.
— Yaxın günlər üçün izləmə planınız necədir? Gəncədə yeni stadionda ilk rəsmi matçı da izləməyəcə gedəcəksiniz?
— Sabah (söhbət dünən olub-müəllif.) planımda odur ki, "Zirə" – "Neftçi" qarşılaşmasını canlı izləyəcəm. Növbəti həftə isə Gəncəyə səfər etməyi planlaşdırıram. Heyətinə açıqlanmasına hələ var, dediyim kimi, qarşıdakı bundan sonra 3 tur olacaq. Həm legionerlərimizi izləyirik, həm də çempionatda bu günə olan demək olar bütün oyunlar biz tərəfdən izlənilir. Seçimiziz az da olsa, istəyirik ki, formada olanları çağıraq.
— Xaricdə çıxış edən futbolçularımızın durumu necədir? Mahir Emreli yenə qol vurdu, digərləri necə təsir bağışlayır?
— Mahir yaxşı formadadı. Toral Bayramovu canlı izlədik. Anton Krivotsyuk müntəzəm oynayır, Anatoli Nuriyev az da olsa meydana çıxmağa başlayıb, Nəriman Axundzadə 15–20 dəqiqə şans qazanır. Əlbəttə, hamısını daimi diqqətdə saxlayırıq.
— Elvin Cəfərquluyev və Səbuhi Abdullazadənin zədələnməsi, Renat Dadaşovun hələ də klubsuz qalması milli üçün nə dərəcədə ciddi itkidi?
— Əlbəttə, hər biri milli komanda üçün ciddi itkidi. Yenə deyirəm ki, həmin dönəmdə əlimizdə olan futbolçulara əsasən düzgün qərar verəcəyik.
— Türkiyə mətbuatının sizi Qurban Qurbanovla səhv salmasınız necə qarşıladınız?
— Avrokubok təmsilçimiz "Sabah"ın Çempionlar Liqasındakı rəqiblərini ("Barselona" və s.) nəzərə alsaq, bu qrupu "ölüm qrupu" adlandırmaq olar?
— Mənim üçün "Sabah" bu il ən yaxşısını edib. Onlar Çempionlar Liqasında oynamaqdan ləzzət almalıdı. Bu gün “Sabah”a təşəkkür etməliyik ki, azarkeşlərin xəyal etdiyi dünya nəhəngləri Bakıya gələcək. Qələbə, heç-heçə və ya məğlubiyyətdən asılı olmayaraq, bu, böyük təcrübədi. Əsas olan bu təcrübəni qazanmaqdı və onlara ilk növbədə bu lazım idi. Azarkeşlərimiz sonadək “Sabah”a dəstək olmalıdı.
— Və son olaraq "Qarabağ"ın son məğlubiyyətindən sonra sosial şəbəkələrdə yaranan kəskin tənqid dalğasına münasibətiniz necədi? Sizcə, bir məğlubiyyətlə komandanı “dəfn etmək” olarmı?
— Çox təəssüf ki, futbola aidiyyatı olmayan, bu ölkə üçün heç bir iş görməyən insanlar bir məğlubiyyətə görə belə ağır ifadələr işlədir. Bu, bizə yaraşmır. Biz o millətik ki, bir gündə səfərbər olub 30 illik işğala son qoymuşuq. Biz birləşməliyik. O cür tənqid edənlərə azarkeş demirəm, bəlkə də onlar belə anı gözləyir. Qurban Qurbanovun Azərbaycan futbolu üçün etdiklərini ikinci bir insanın edə biləcəyinə inanmıram.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC