"Zirə" tarixində üçüncü dəfə çempionata 3 qələbə ilə başlayıb

"Zirə" komandası Misli Premyer Liqasının startında ardıcıl 3 matçda qələbə qazanıb.

 

Presssport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, son üç mövsümdə ilk dəfə iştirakçılardan biri turnirə belə seriya ilə start verib.

 

Sonuncu belə hadisə 2023/2024 mövsümünə təsadüf edib. Həmin vaxt da qəsəbə təmsilçisi ardıcıl üç qələbə qazanıb. 2017/2018 mövsümündə də eyni göstəriciyə imza atan Bakı klubu tarixində 3-cü dəfə ilk üç oyunda xal itirməyib.

 

Qeyd edək ki, ümumilikdə 35 mövsümdə 36 dəfə komandalardan biri ilk 3 görüşdə qalib gəlib və belə uğura 18 fərqli klub nail olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC