Tanınmış şərhçiyə federasiyada vəzifə verildi

Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat həyata keçirilib.

Presssport.az xəbər verir ki, tanınmış jurnalist və şərhçi Nurlan Valehoğlu adıçəkilən federasiyanın mətbuat katibi vəzifəsinə təyin olunub.

Valehoğlu yeni vəzifəsi ilə bağlı sosial media hesabında paylaşım edib. O, eyni zamanda, "CBC Sport"dakı fəaliyyətini əvvəlki kimi menecer, şərhçi-aparıcı olaraq davam etdirəcəyini də vurğulayıb.

Xatırladaq ki, 31 yaşlı Valehoğlu “CBC Sport” yarandığı 2015-ci ildən onun sıralarındadı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC