I Liqa təmsilçisi “Gəncəbasar” yeni transferini açıqlayıb.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Novruz Rəhimovun keçidi uğurla nəticələnib.
Təcrübəli qapıçı Gəncə təmsilçisi ilə yeni mövsümün sonuna kimi müqavilə imzalayıb.
Gəncə futbol məktəbinin yetirməsi olan Novruz vaxtlə "Kəpəz"in də formasını geyinib. O, son illərdə II Liqada "Şəmkir" və “Göygöl”də çıxış edib. Sabah ad günü olan futbolçunun 33 yaşı tamam olacaq.
Onu da bildirək ki, Rəhimov təcrübəsini komandadakı gənclərlə bölüşərək, eyni zamanda oynayan məşqçi funksiyasını yerinə yetirəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC