“Kəpəz” Peşəkar Futbol Klubu (PFK) yeni təyinatını rəsmən açıqlayıb.
Presssport.az xəbər verir ki, tanınmış idman jurnalisti Aqşin Əliyev Gəncə təmsilçisinin Media və Marketinq Departamentinin direktoru təyin olunub.
O, bu postda Gəray Qiyasovu əvəzləyib. Sonuncu 2025-ci ilin mayından bu postda idi.
Xatırladaq ki, jurnalist fəaliyyətinə "525-ci qəzet"də başlayan 43 yaşlı Əliyev daha sonra "Neftçi" və MOİK klublarında da fəaliyyət göstərib və bu, mətbuat xidmətində olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC