Azərbaycan idmançılarının 2026-cı ilin sentyabr ayı üçün reytinq cədvəli açıqlanıb.
Pressssport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) 1-ci sıradakı mövqeyini qoruyub.
Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) 2-ci pillədə qərarlaşıb. Digər sərbəst güləşçi Arseniy Djioyev (420 xal) ilk "3-lüy"ü qapayır.
Növbəti sıralarda Səidcəmşid Cəfərov (boks, 400 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Qaşim Maqomedov (taekvondo, 305 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal), Nürəddin Novruzov (sərbəst güləş, 270 xal), Hidayət Heydərov (cüdo, 270 xal) və İslam Bazarqanov (sərbəst güləş, 265 xal) yer alıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC