Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.
Presssport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılar 11 dəst medal uğrunda mübarizə aparıb.
K1 200 metr məsafədə 2008–2009-cu il təvəllüdlü oğlanlar arasında Əlimurad Hacızadə, 2010–2011-ci il təvəllüdlülərdə Elmir Tarverdiyev, 2012–2013-cü il təvəllüdlülərdə Yunus Əhmədov, qızlar arasında isə Leyla Əli çempion olub.
K2 200 metr məsafədə 2010–2011-ci il təvəllüdlü oğlanlar arasında Kamal Tağıyev – Əziz Əhmədli cütü, 2012–2013-cü il təvəllüdlülərdə isə Səbuhi Cəfərzadə – Soltan Mustafalı dueti 1-ci yeri tutub.
C1 200 metr məsafədə 2008–2009-cu il təvəllüdlü oğlanlarda Hüseyn Səmədli, 2010–2011-ci il təvəllüdlülərdə Fəxri Sadıqlı fərqlənib.
Akademik avarçəkmə növündə (1x) 1500 metr məsafədə 2008–2009-cu il təvəllüdlü oğlanlar arasında Azər İlyasov, 2010–2011-ci il təvəllüdlülərdə Məhəmməd Həsənov, 1000 metr məsafədə 2012–2013-cü il təvəllüdlülərdə isə Yusif Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı, sentyabrın 29-dan oktyabrın 2-dək keçiriləcək beynəlxalq Mingəçevir Reqasında iştirak edəcək komandanın heyətinə cəlb olunacaq.
Onu da bildirək ki, ölkə çempionatında idmançılar akademik avarçəkmə və kayak növündə bir və iki nəfərlik, kanoedə isə bir nəfərlik qayıqda mübarizə aparır.
Azərbaycan çempionatına bu gün yekun vurulacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC