"Sabah"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Borussiya" ciddi itki ilə üzləşib.
Presssport.az xəbər verir ki, Almaniya klubunun yeni transferi Yannis Konstantelias dizindən ağır zədə alıb.
23 yaşlı yunan futbolçunun zədəsinin ciddi olduğu və onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Konstantelias Bundesliqanın ilk turunda “Hamburq” üzərində 2:0 hesablı qələbə qazanılan görüşdə zədələnib.
Sonrakı tibbi müayinələr zamanı futbolçunun sol dizinin çarpaz bağında yırtıq aşkarlanıb.
Xatırladaq ki, "Sabah" Dortmund klubuyla turnirin III turunda oktyabrın 20-də Bakıda qarşılaşacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC