“Zirə” yeni transferi etməyə hazırlaşır.
Presssport.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Bakı təmsilçisi “Şaveş”in braziliyalı hücumameylli mərkəz yarımmüdafiəçisi Ktataunu (Talysson Moreira Reis) transfer edir.
25 yaşlı futbolçunun keçidi üçün zirəlilərin Portuqaliya klubuna təxminən 100 min avro ödəyəcəyi bildirilir. Ktatau yeni klubu ilə 3 illik müqavilə imzalayacaq.
“Sambaçı” bu mövsüm “Şaveş”ə qayıdaraq artıq 4 oyunda meydana çıxıb. Özü də bu, hamısında əsas heyətdə olub. O, bundan əvvəl isə icarə əsasında “Felgeyraş”da çıxış edərək heyətində 27 oyuna 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC