I Liqa təmsilçisi “Gəncəbasar” transfer çalışmaları çərçivəsində Ülvi Mədətovla müqavilə bağlayıb.
Presssport.az xəbər verir ki, anlaşmanın müddəti 1 illikdi.
Ampluaca müdafiəçi olan Ülvi "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. Aşağı yaş qrupları üzrə yığmalarımıza da dəvət almış 23 yaşlı futbolçu "Qəbələ", "Neftçi", "Səbail" və “Turan Tovuz”da oynayıb. Mədətov Misli Premyer Liqasında keçən mövsümün son turunda keçirilən "Turan Tovuz" - "Sabah" oyununda Premyer Liqada debüt edib.
Xatırladaq ki, Ülvi “Turan Tovuz”un Futbol Akademiyasının koordinatoru, uşaq futbolunda təcrübəli mütəxəssis, ötənlərin tanınmış futbolçusu Ülfət Mədətovun böyük oğludu. Onun kiçik oğlu 19 yaşlı Arzu Mədətov da futbolçudu və ampluaca müdafiəçi olaraq keçən mövsümü I Liqada “Şimal”da icarədə keçirib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC