"Kəpəz" – "Şamaxı" oyununda anşlaq?!

Misli Premyer Liqasında IV turun açılış matçı olacaq "Kəpəz" – "Şamaxı" oyununda anşlaq gözlənilir.

Presssport.az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 1 günə 4000+ bilet satılıb: "Ən yaxşı yerlər üçün bilet almağa tələs! Sonra gec ola bilər".

Bu yerdə bildirək ki, avqustun 30-da “Kəpəz”in “Turan Tovuz”a qarşı keçirdiyi oyunla müqayisədə, futbol həvəskarları biletləri bu dəfə daha ucuz qiymətə əldə etmək imkanına malikdi. Belə ki, biletlərin qiymətləri sektorlardan asılı olaraq, 2-20 manat arasında dəyişir.
Azarkeşlərin böyük istəyi və marağı nəzərə alınaraq, qapıların arxasındakı sektorlarda qiymət 3 manatdan 2 manata endirilib. Bundan başqa, E1, E8, W1, W2, W5, W6 sektorlarına biletlər 5 manat yox, 3 manat dəyərindədir. W3 və W4 sektorlarına isə biletləri iki dəfə ucuz – cəmi 5 manata almaq mümkündü.
“Kəpəz” – “Şamaxı” matçının biletlərini iticket.az saytı vasitəsilə (https://iticket.az/events/sport/kepez-pfk-samaxi-fk), eləcə də Gəncə Şəhər Stadionunun kassalarında əldə etmək olar.
Onu da əlavə edək ki, 13500 nəfərin izlədiyi “Kəpəz” – “Turan Tovuz” (1:0) oyununda mövsümün rekordu qeydə alınıb. Bu rəqəm Azərbaycan çempionatları tarixində son 10 il ərzində azarkeş sayına görə 2-ci göstəricidi. Yenilənən Gəncə şəhər stadionu 15 min nəfərlik tamaşaçı tutumuna malikdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC