Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay (avqust) ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Presssport.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Daha sonra beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Qayıbov çıxışında idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, idmançıları və onların məşqçilərini təbrik edib.

Bildirib ki, avqust ayı ərzində beynəlxalq yarışlarda Azərbaycan Respublikasının Dövlət Himni 14 ölkədə səsləndirilib.

İdmançılarımız ümumilikdə 63 qızıl, 72 gümüş və 72 bürünc medal qazanıb.

Görüş zamanı bir sıra idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat verib.

Sonda nazir idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC