Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyevin sədrliyi ilə Bakıda 1-3 oktyabr tarixlərində baş tutacaq Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

Presssport.az xəbər verir ki, yarışa hazırlıq prosesi, təşkilati və texniki məsələlər, turnir proqramı, akkreditasiya, nəqliyyat, qidalanma, eləcə də açılış və mükafatlandırma mərasimləri, habelə digər aktual mövzular müzakirə olunub.

İclasda YTK sədri, ASF-nin prezidenti Zaur Əliyevlə yanaşı, icraçı vitse-prezident Xaliq İldırımzadə, vitse-prezidentlər Jalə Əhmədova və Ümid Abuzərli, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov, YTK-nin əməliyyat direktoru Fuad Balakişiyev, Bakı Su İdmanı Sarayının direktoru Əjdər Abbasov, həmçinin ASF-nin və YTK-nın digər əməkdaşları iştirak edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC