Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirəcək.

 

Presssport.az xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında təsdiqini tapıb.

 

Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

 

"Sabah"ın ev oyunlarının təqvimi belədir:

 

II tur

 

13 oktyabr

20:45. "Sabah" – "Slaviya" (Çexiya)

 

III tur

 

20 oktyabr

20:45. "Sabah" – "Borussiya" (Dortmund, Almaniya)

 

V tur

 

25 noyabr

21:45. "Sabah" – "Barselona" (İspaniya)

 

VII tur

 

20 yanvar

21:45. "Sabah" – "Napoli" (İtaliya)

 

Qeyd edək ki, "Sabah" Liqa mərhələsində digər 4 görüşünü səfərdə keçirəcək. Komanda "Mançester Yunayted" (İngiltərə) ilə sentyabrın 10-da, "Vikinq" (Norveç) ilə noyabrın 4-də, "Vilyarreal" (İspaniya) ilə dekabrın 8-də, "Arsenal" (İngiltərə) ilə isə 2027-ci il yanvarın 27-də üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC