20 yaşadək futbol yığmamızın (U-20) mətbuat katibi də olacaq.
Presssport.az xəbər verir ki, bu vəzifəyə tanınmış idman jurnalisti Ruslan Sadıqov təyin edilib.
20 ildən çox jurnalistika fəaliyyəti ilə məşğul olan Sadıqov "Çempion" qəzetində, habelə, APA və "Report" agentliklərində idman şöbəsində müxbir vəzifəsində çalışıb. O, son olaraq 2024-cü ildən AFFA-da Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyib və bu ayın 1-dən ordan ayrılıb.
Xatırladaq ki, Azərbaycanda U-20 futbol üzrə dünya çempionatı 2027-ci ildə keçiriləcək. Ölkəmiz bu məsul yarışı Özbəkistanlə birgə qəbul edəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC