"Sabah" Premyer Liqada 25-ci böyükhesablı qələbəsini qazanıb

"Sabah" Misli Premyer Liqasının IV turunda "Zirə"ni 5 cavabsız qolla üstələyərək çempionatda 25-ci böyükhesablı qələbəsini qazanıb.

 

Presssport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Bakı təmsilçisi evdə 16-cı, ümumilikdə isə 25-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.

 

Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv ən azı 25 belə qələbəsi olan 11-ci komanda olub.

 

Qeyd edək ki, "Sabah" ilk böyükhesablı qələbəsini 2019-cu il sentyabrın 29-da "Səbail" üzərində qazanıb (3:0).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC