"Turan Tovuz" Premyer Liqada yubiley qoluna imza atıb

"Turan Tovuz" Premyer Liqada 100-cü ev qoluna imza atıb.

 

Presssport.az xəbər verir ki, yubiley qolunu Xorxe Silva vurub.

 

O, Misli Premyer Liqasının IV turunun "Sumqayıt"la görüşündə qələbə (2:1) topunun müəllifi olub.

 

Bu, komandanın turnirdəki 73-cü ev görüşünə təsadüf edib. "Turan Tovuz" Premyer Liqada 100 və daha çox qol vuran 24-cü komanda olub.

 

Qeyd edək ki, klub tarixində Premyer Liqadakı ilk qol 2022-ci il sentyabrın 9-da vurulub. "Kəpəz"lə görüşdə (2:0) hesabı Runi Eva açıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC