Qismət Alıyev Azərbaycan çempionatında 250-ci oyununu keçirib

Qismət Alıyev Premyer Liqada 250-ci oyununu keçirib.

 

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"nin kapitanının yubileyi çempionatın IV turuna təsadüf edib.

 

"Sabah"la görüşdə (0:5) 250-ci matçına çıxan futbolçu 15 qola imza atıb.

 

Debütü 2014/2015 mövsümünə təsadüf edən futbolçu 2 klubda forma geyinib. O, "Qəbələ"də 70 oyunda 1, "Zirə"də 180 matçda 14 dəfə fərqlənib.

 

Qeyd edək ki, Qismət Alıyev turnirin tarixinə 250 və ya daha çox oyun keçirən 78-ci futbolçu kimi düşüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC