Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib.
Presssport.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:
Media və Yayım Şurasının sədri
Əhməd Məhəmməd oğlu İsmayılov 
Media və Yayım Şurasının üzvləri
Məhəmməd İzzət oğlu Abdullayev ;
Aynur Əliövsət qızı Bəşirli;

Rəqsanə Tofik qızı Kərimova; 

Fərhad Rauf oğlu Məmmədov; 

İlkin İlqar oğlu Nadirov; 

Fazil Hacıverdi oğlu Novruzov.

Şura Audiovizual Şuranın hüquqi varisidir. Audiovizual Şura, o cümlədən Medianın İnkişafı Agentliyi ləğv edilib, bu qurumların hüquq və öhdəlikləri, o cümlədən əmlakı Media və Yayım Şurasına keçib.

Xatırladaq ki, Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin olunanadək Medianın İnkişafı Agentliyinin icraçı direktoru vəzifəsində çalışıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC