Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən eyniadlı göldə karpfişinq (balıqtutma) üzrə Azərbaycan çempionatı keçirilib.
Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) və “Bakı” Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə keçirilən çempionatda komandalar müəyyən olunmuş qaydalara uyğun olaraq mübarizə aparıb.
Üç gün davam edən yarışın yekun nəticələrinə əsasən, “Bakı” Balıqçılar və Sualtı Ovçular Klubunun “Karp Pro” komandası – Azər Əliyev, Nihad Camalov və Hüseyn Qeibi Azərbaycan çempionu olub.
“Delfinq Fişinq Klubu”nun “Qarabağ” komandası – Sahil Ağamalıyev, İsa Əliyev və Elmir Səfiyev 2-ci, Azərbaycan Karpfişinq Klubunun “AzKarp” komandası – Əhməd Məmmədov, Faiq Şirinbəyli və Əli Məmmədov isə 3-cü yeri tutub.
Qaliblər diplom, medal və kubokla mükafatlandırılıb. Həmçinin çempionatın ən böyük balığını tutan “Karp Pro” komandasına kubok təqdim edilib.
Qeyd edək ki, karpfişinq sazan balığının xüsusi üsullarla tutulmasına əsaslanan idman növüdür. Bu idman növündə balığın tutulması ilə yanaşı, iştirakçıların texniki hazırlığı, taktiki yanaşması və səbr nümayiş etdirməsi də mühüm rol oynayır. Tutulmuş balıqlar hakimlər tərəfindən qiymətləndirildikdən sonra zədə yetirilmədən yenidən suya buraxılıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC