Cenk Sümer: “O, bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!”

“Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer Emil Səfərovla yeni müqavilə imzalanmasını şərh edib.

Presssport.az xəbər verir ki, o, klubunun mətbuat xidmətinə açıqlamasında 23 yaşlı yarımmüdafiəçi ilə imzalanan 2+1 millik sözləşməni bu cür dəyərləndirib:

“23 yaşlı istedadlı futbolçumuz Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də Azərbaycan millisinə mühüm töhfələr verə biləcək oyunçudur. O, eyni zamanda Azərbaycan futbol akademiyalarında yetişən gənc nəsil üçün örnək ola biləcək futbolçulardandır.

Birlikdə olduğumuz bu 2 il ərzində Emilin daim inkişaf etmək istəyinin, əzmkarlığının, formasına sədaqətinin, klubuna və vəfalı azarkeşlərimizə olan sevgisinin yaxından şahidi olduq. Gələcəkdə həm “Neftçi”yə, həm də Azərbaycan futboluna verəcəyi töhfələri nəzərə alaraq, onunla müqavilənin müddətini uzatmaq qərarına gəldik. Emil isə bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!

Ona “Neftçi”də və Azərbaycan millisindəki karyerasında uğurlu, parlaq günlər arzulayırıq”.

Xatırladaq ki, Emil “Neftçi”yə yetirməsi olduğu “Qəbələ”dən 2024-cü ildə keçib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC