Bakı Olimpiya Stadionunda (BOS) struktur dəyişikliyi baş verib.
Presssport.az xəbər verir ki, Firuz Qarayev (Abdulla) arenanın İctimaiyyətlə Əlaqələr və Yarışların Təşkili şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
O, bu ilin iyununa kimi “Səbail”də icraçı direktor vəzifəsini icra edib. Firuz Abdulla daha əvvəl AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə başçılıq edib.
Qeyd edək ki, BOS-da sözügedən vəzifəni Fərid Əsədzadə icra edirdi. O, ABŞ-yə köçdüyü üçün öz istəyilə 11 il çalışdığı vəzifədən ayrılıb (sport1az).
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC