Marselo Qalyardonun Ekvador millisinin baş məşqçisi təyin olunması rəsmiləşib.
Presssport.az xəbər verir ki, bu haqda Ekvador Futbol Federasiyası sosial şəbəkə hesablarında məlumat yayıb. Mütəxəssislə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qalyardo bu vəzifədə Sebastyan Bekkaçesenin əvəzləyib. Sonuncu 2026-cı il dünya çempionatının 1/16 finalında Meksikaya məğlubiyyətdən sonra Ekvador millisindən ayrılıb.
Komanda həmin nəticədən sonra turnirdə 1/8 finala yüksələ bilməyib.
Qalyardonun son iş yeri Argentinanın “River Pleyt” klubu olub. O, daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-İttihad” və Uruqvayın “Nasyonal” komandalarını da çalışdırıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC