Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"

“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın türkiyəli yarımmüdafiəçisi Arda Güeərin çıxışını yüksək qiymətləndirib.

 

Presssport.az “AS”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 21 yaşlı futbolçunun böyük potensiala malik olduğunu bildirib:

 

“Onun inkişafını və fiziki baxımdan necə dəyişdiyini məndən daha yaxşı qiymətləndirən insanlar var. Arda Gülerin keyfiyyətləri inanılmazdır: oyunu görmə qabiliyyəti, qətiyyəti, komandaya gətirdiyi sabitlik, qol vəziyyətləri yaratmaq bacarığı...

 

Düşünürəm ki, onun fantastik potensialı var və artıq çox yaxşı statistikaya sahibdir. Biz daha dərin təhlil aparırıq. Ola bilsin, “ən yaxşı” sözünü yenidən təkrarlamaq istəmirəm. Amma bəli, Güler həqiqətən də ən yaxşılardan biridir”.

 

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Arda 2023-cü ilin yayında "Fənərbaxça"dan "Real"a keçib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC