"Qalatasaray"ın futbolçusu Davinson Sançes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Presssport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kolumbiyalıya "Əl-Nəsr" təklif göndərib.
Amma Türkiyə çempionu onu bu yay yox, ən yaxşı halda mövsümün sonunda sata biləcək.
Sançesin "Qalatasaray"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Onun üçün 20–25 milyon avro təzminat tələb olunur.
O, 2023-cü ildən "Qalatasaray"ın formasını geyinir. Davinson "Nasional", "Ayaks", "Tottenhem" klublarında oynayıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC