"Barselona"nın futbolçusu üçün 140 milyon avroluq təklif

İngiltərənin "Çelsi" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

 

Presssport.az xəbər verir ki, London klubunun əsas hədəfi "Barselona" çıxış edən Fermin Lopesi transfer etməkdir. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

 

"Çelsi"nin ispaniyalı baş məşqçisi Xabi Alonso rəhbərlikdən Lopesin transferini istəyib.

 

 Premyer Liqa nəhəngi yanvarda 23 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 140 milyon avroluq təklif göndərəcək.

 

Qeyd edək ki, Fermin Lopes "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC