Bombardir bombardir olmağa köklənməyib: "Rəqiblərimizə hörmətlə yanaşaraq “Neftçi” olduğumuzu göstərməliyik"

“Deyərdim ki, Yevlaxda dəhşətli isti idi. Saat 5-in yarısı belə havada, üstəlik, sintetik örtükdə oynamaq demək olar hər şeyi alt-üst edir".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Neftçi”nin legioneri Breno Almeyda deyib.

Premyer Liqamızın V turunda “İmişli”ni Yevlaxda 3:2 hesabıyla məğlub etdikləri matçda ilk hissədə çox fəal görünən, əvvəlcə məhsuldar ötürmə, sonra isə qol müəllifi olan braziliyalı sağ vinger fasilədən sonra sönük təsir təsir bağışladı. Breno 2-ci hissədə yorulduğunu gizlətməyib:"Əlbəttə, meydança amili, isti də bir tərəfdən - çox çətin idi oynamaq. Bu da 2-ci hissədə çıxışıma mənfi təsirini göstərdi. 90 dəqiqə eyni tempi saxlaya bilmirsən. Projektor olmalıdır ki, matçlar axşam sərində keçirilsin".

Almeydanı matçın 79-cu dəqiqədə əvəzləyən Denzel Jubitana “Neftçi"də debütünü reallaşdıraraq yarımmüdafiənin sağ cinahında pis təsir bağışlamadı, yetərincə hərəkətli idi. Həmsöhbətimiz mövqeyində rəqabətin olmasından narahat deyil: ”Komandamıza nə qədər çox oyunçu gəlsə, mənim üçün bir o qədər yaxşıdı. Çünki həm, həm də komanda yoldaşların bu rəqabətdən yalnız faydalanıb inkişaf edə bilərik".

Breno ilk 5 turda vurduğu 6 qolla liqamızda bombardirlər siyahısında vahid liderdi. Maraqlıdı, o, bombardirlik uğrunda mübarizə aparacaq?:“Çox da rəqəmlərə, nömrələrə xüsusi önəm verən biri deyiləm. Məşqlərdə daha çox çalışıram ki, “Neftçi”yə fayda verim. Öz üzərimdə işləyirəm və imkan düşdükcə çalışacam ki, komandama faydalı olum”.

Məlumdu ki, gələn il “Neftçi”nin 90 illik yubileyidi və qarşıda duran məqsəd çempion olmaqdı. "Ağ-qaralar"ın braziliyalısından “Sabah”la “Qarabağ”ın mübarizə apardığı çempionluq yarışmasında şanslar haqda soruşduqda, bunun mümkünsüz olmadığını vurğulayıb: "Sözsüz ki, onlara qarşıdakı oyunlar həm vacib, həm də çətin olacaq. Çempionluq uğrunda birbaşa rəqiblərimizdi və onlara lazım olduğu qədər hörmətlə yanaşacağıq. Amma meydançada bir daha göstərməliyik ki, biz "Neftçi"yik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC