"Araz-Naxçıvan" Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolunu vurub

"Araz-Naxçıvan" Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolunu vurub.

 

Presssport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley qolu Misli Premyer Liqasının V turuna təsadüf edib.

 

"Turan Tovuz"un futbolçusu Emmanuel Hakmanın avtoqolu Naxçıvan təmsilçisi üçün 150-ci olub.

 

2:2 hesabı ilə başa çatan görüşdə daha bir dəfə fərqlənən komanda 152-ci oyununda qol sayını 151-ə də çatdırıb. Bunlardan 80-i evdə, 71-i səfərdə qeydə alınıb.

 

"Araz-Naxçıvan" turnirin tarixində 150 və daha çox qol vuran 26-cı komanda olub. Klub tarixində yüksək dəstədəki ilk qol 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də İlham Allahyarov fərqlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC