Elvin Camalov sabiq klubuna qayıtdı

Dünən “Neftçi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən təcrübəli futbolçu Elvin Camalovun yeni klubu artıq bəllidi.

Presssport.az xəbər verir ki, 31 yarımmüdafiəçi yetirməsi olduğu “Qəbələ“yə dönüb.

O, əyalət təmsilçisi ilə bu gün 2 illik müqavilə imzalayıb və transferi yaxın saatlarda açıqlanacaq. Elvin sərbəst futbolçu olduğuna görə “transfer pəncərəsi”nin artıq bağlanmasına keçidə mane olmayıb. 

Əslən Qax rayonundan olan, “Qəbələ” Futbol Akademiyasında yetişən Camalov köhnə-yeni klubunun əsas komandasında 2013/14 mövsümündə rusiyalı baş məşqçi Yuri Syominin vaxtında debüt edib. O, "qırmızı-qaralar”ın heyətində 141 oyun keçirib - Premyer Liqada 111, Azərbaycan Kubokunda 18, Avropa Liqasında 12 matç.

Elvin “Qəbələ”nin heyətində Azərbaycan çempionatlarında 2 gümüş və 3 bürünc medal qazanıb. Dayaq yarımmüdafiəçisi 2018/19 mövsümündə qalibi adını qazandığı Azərbaycan Kubokunun 3 dəfə finalçısı olub.

“Qəbələ”dən 2019-cu ildən “Zirə”yə, 2021-ci ildəsə ordan “Sabah”a keçən, sonuncuların kapitanı olmuş Camalov 2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunub. O, bu komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC