“Qəbələ”nin yeni baş məşqçisi məlum olub.
Pressport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” şimali makedoniyalı mütəxəssis Yeton Bekiri ilə 1+2 illik müqavilə bağlayıb.
44 yaşlı məşqçi son olaraq ölkəsində “Şkendiya” klubuna rəhbərlik edib.
O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarının baş məşqçisi, “Əl Cabalayn”nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.
Bekiri 2024-2025-ci illər mövsümündə “Şkendiya” ilə Şimaili Makedoniya çempionu olub.
Onu da bildirək ki, yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq. Bu isə o deməkdir ki, "qırmızı-qaralar"ı Premyer Liqanın VI turunda sentyabrın 18-də “Neftçi”ylə ev matçına da qapıçılarla işləyən məşqçi Amil Ağacanov çıxaracaq.
Xatırladaq ki, “Qəbələ” 3-cü turdan sonra gürcü baş məşqçisi Kaxaber Tsxadadzeni istefaya göndərib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC