"Dübrar" "Neftçi"nin yeni tərəfdaşı olub

“Neftçi” və “Dübrar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 

anlaşmaya əsasən, “Dübrar” "ağ-qaralar"ın rəsmi su tərəfdaşı olacaq. Eyni zamanda, şirkətin loqosu komandamızın rəsmi oyun şortlarının arxa hissəsində yer alacaq.

Əməkdaşlıq çərçivəsində “Dübrar” klubun içməli su ilə təminatını həyata keçirəcək. Bununla yanaşı, tərəflər müxtəlif marketinq və kommunikasiya layihələri çərçivəsində birgə fəaliyyət göstərəcək.

“Dübrar” 1996-cı ildən təbii bulaq suyunun istehsalı və satışı ilə məşğuldu. Suyun mənbəyi Xızı rayonunun Altıağac qəsəbəsində, Böyük Qafqaz sıra dağlarının cənub-şərq hissəsində, dəniz səviyyəsindən 2205 metr yüksəklikdə yerləşən Dübrar dağ silsiləsindədi.

Ekoloji cəhətdən təmiz ərazidən əldə olunan “Dübrar” suyu təbii mineral maddələrin balanslaşdırılmış nisbətinə malikdir və öz təbii xüsusiyyətlərini qorumaq məqsədilə əlavə kimyəvi emala məruz qalmadan beynəlxalq standartlara uyğun şəkildə qablaşdırılır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC