Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək

Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.

 

Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov feysbuk hesabında yazıb.

 

O, bu xəbərin hər kəsin ürəyincə olacağını bildirib:

 

"Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək".

 

Qeyd edək ki, təqvimə əsasən Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-nə planlaşdırılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC