“Xankəndi”nin mətbuat katibi xanım həmkarımız təyin olunub

Günel Abbas “Xankəndi” Futbol Klubunun (FK) mətbuat katibi vəzifəsinə təyin olunub.

Presssport.az xəbər verir ki, bu barədə klubun idarəetmə strukturunun təkmilləşdirilməsi çərçivəsində qərar qəbul edilib.

G.Abbasın PR rəhbərliyi ilə klubun media və ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsi, “Xankəndi” FK-nın fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması və kommunikasiya strategiyasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Xatırladaq ki, “Xankəndi” cari mövsümdən I Liqada çıxış edir. Bölgə təmsilçisi son 2 ildə əvvəlcə AFFA Region Liqasının, sonra II Liqanın qalibi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC