"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci heç-heçəsini edib.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının VI turunun "Sumqayıt"la görüşünə təsadüf edib – 1:1.
Gəncə klubu 720-ci qarşılaşmada "150"yə çatıb. Qərb təmsilçisi turnirin tarixində 150 və daha çox sülhə imza atan 5-ci komandadır.
"Kəpəz"in ilk heç-heçəsi 1992-ci il mayın 18-də qeydə alınıb. Bərdənin "Pambıqçı" klubu ilə səfər görüşü qolsuz başa çatıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC