"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb

"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb.

 

Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, komandanın yubiley – 1000-ci oyununa təsadüf edib.

 

Bakı klubu Misli Premyer Liqasının VI turunda "Qəbələ"yə qalib gəlib – 3:0. Bu, 242-ci səfər qələbəsi olub. "Ağ-qaralar" evdə 301, neytral meydanda 7 dəfə qalib gəlib. "Neftçi" "Qarabağ"dan sonra 550 və ya daha çox qələbə qazanan 2-ci komanda kimi tarixə düşüb.

 

Qeyd edək ki, paytaxt klubunun ilk qələbəsi 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə ev matçında gerçəkləşib – 1:0.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC