"Qaradağ Lökbatan" ləğv olunub? - "Neftçi” İK rəsmi bəyanatla son nöqtəni qoydu

Bu gün “Neftçi” İdman Klubu (İK) rəsmi bəyanat yayıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən həmin bəyanatı təqdim edir:

"Bəzi media resurslarında və sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı ictimaiyyətin düzgün məlumatlandırılması məqsədilə bildiririk ki, “Qaradağ Lökbatan Peşəkar Futbol Klubu” MMC-nin ləğvi barədə 22 sentyabr 2026-cı il tarixində vergilər.az saytında dərc edilmiş elanın “Neftçi” İdman Klubunun tərkibində fəaliyyət göstərən “Qaradağ Lökbatan” futbol komandasına heç bir aidiyyəti yoxdur. Sözügedən MMC klubumuzun təsisçisi, törəmə qurumu və ya struktur bölməsi deyil.
Ad oxşarlığı səbəbindən yaranan yanlış anlaşılmaları nəzərə alaraq xüsusi olaraq vurğulayırıq ki, “Neftçi” İdman Klubunun tərkibindəki “Qaradağ Lökbatan” futbol komandası fəaliyyətini adi rejimdə davam etdirir və komandanın ləğvi ilə bağlı hər hansı bir qərar qəbul edilməyib.
Media nümayəndələrindən və ictimaiyyətdən xəbərləri işıqlandırarkən bu hüquqi və faktiki fərqləri nəzərə almalarını xahiş edirik".

“Neftçi” İdman Klubu
23 sentyabr 2026-cı il

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC