Çempionlar Liqasında (ÇL) ölkəmizi təmsil edəcək qadın voleybolçulardan ibarət “Turan” klubu hazırlıqla bağlı yenilikləri açıqlayıb.
Bu haqda Presssport.az-a klubdan məlumat daxil olub.
Bölgə təmsilçisinin doğma Tovuzda keçiriləcək ÇL oyununa hazırlıq geniş mərhələdə davam edir. Tovuz Olimpiya Kompleksində həm texniki, həm də təşkilati istiqamətdə bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.
İnfrastruktur yenilənməsi son mərhələdədi. Tribunaların görünüşü və azarkeşlərin rahatlığı, arenanın müasirləşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədi. Oyun günü yalnız qarşılaşmadan ibarət olmayacaq. Matçdan öncə xüsusi açılış proqramı keçiriləcək. Burada azarkeşləri və ictimaiyyəti bir sıra sürprizlər gözləyir. Zalda xüsusi işıq effektləri, yeni müasir tablolar və böyük monitorlar quraşdırılır.
Azarkeşlər üçün kompleksin ətrafında da oyun günü xüsusi aktivliklər keçiriləcək. Qonaq komandanın qarşılanması, yerləşdirilməsi, hərəkətinin təşkili və digər zəruri xidmətlər üçün xüsusi proqram hazırlanıb. Bu standartlar avrokubok oyunları ilə yanaşı Azərbaycan Super Liqasında da tətbiq olunacaq. Artıq heyətin qurulması tamamlanıb. Komanda hazırlığını Avropada davam etdirir və burda bir neçə yoldaşlıq oyunu nəzərdə tutulub.
Xatırladaq ki, “Turan” ÇL-in II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" klubu ilə qarşılaşacaq. İlk matç oktyabrın 20-si Tovuzda keçiriləcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC