İsgəndər Cavadov Elxan Səmədovla görüşüb

Tanınmış futbol veteranı İsgəndər Cavadov Peşəkar Futbol Liqasının (PFL) qonağı olub.

Presssport.az xəbər verir ki,bu haqda PFL-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Cavadov adıçəkilən qurumun prezidenti Elxan Səmədovla görüşüb. Səmimi şəraitdə keçən görüşdə tərəflər Azərbaycan futbolu ilə bağlı ümumi müzakirələr apararaq, xatirələrini bölüşüblər. 

Görüşün sonunda Səmədov qonağa xüsusi xatirə hədiyyəsi təqdim edib. Cavadov səmimi qarşılanmaya və diqqətə görə PFL rəhbərliyinə təşəkkürünü bildirib. 

Xatırladaq ki, sentyabrın 20-də 70 yaşı tamam olanCavadov Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC